dcsv.me 🟢 506 Online
Sunucu yayında değil!
KING HAVEN Avatar
17
23
23
Üye
17
Çevrimiçi
0
Ses
0
Boost

KING HAVEN

0 Oy
6 #Public April 2025
avatar 7
𝓔𝓵𝓿𝓲𝓷.𝓮𝔁𝓮 @nebula_.75

Misyonumuz: Hər kəsə açıq bir söhbət mühiti yaratmaq!

KING HAVEN-də Səni Nə Gözləyir?
Yaş məhdudiyyəti olmadan, sərbəst və rahat söhbətlər.
Yeni insanlarla tanış olmaq və özünü ifadə etmək imkanı.

Sunucu Xüsusiyyətləri:
Modern, sürətli və təhlükəsiz bir mühit
Səsli və yazılı kanallar
Bot dəstəyi ilə daha maraqlı və rəngarəng söhbətlər

Tədbirlər və Xüsusi Günlər:
Film gecələri, oyun mövzulu söhbətlər
Hətta doğum günlərini də birlikdə qeyd edirik!

İdarəetmə Komandası və Moderasiya:
Hər zaman yanındayıq
Problem varsa, həlli də buradadır

Bir anlıq təsəvvür elə... Gecədir, hamı yatıb, amma sənin içində bir şeylər var. Paylaşmaq istəyirsən, səni dinləyəcək birinə ehtiyacın var. Elə o anda KING HAVEN sənin üçün var. Bu yer, içini boşalda biləcəyin, gülüb əylənəcəyin, bəzən sadəcə susub insanları dinləyə biləcəyin bir məkandır. Sadəcə bir server deyil… bir liman, bir sığınacaqdır. Bir növ “söhbət cənnəti”…

🎯 Sunucunun Məqsədi

KING HAVEN-in əsas məqsədi – hər kəsin özünü rahat hiss etdiyi, sərbəst şəkildə söhbət edə bildiyi, dinlənildiyini hiss etdiyi bir mühit yaratmaqdır.

Burada:

Yeni dostlar tapa bilərsən,

Fikirlərini bölüşə bilərsən,

Həftəlik tədbirlərdə əylənə bilərsən,

Və sadəcə sakitcə insanları dinləyərək vaxt keçirə bilərsən.

Bizim üçün əsas olan – səmimiyyət, hörmət və birlikdə zaman keçirməkdir. Bu, sadəcə bir söhbət sunucusu deyil — bir ailə, bir cəmiyyət və bəzən bir sığınacaqdır.

Bu yer boş görünüyor. KING HAVEN

This place seems empty. There is no servers created by

📜 KING HAVEN Qaydaları

1) Hörmət əsasdır.
Heç kimə qarşı təhqiramiz, alçaldıcı və ya incidici davranış göstərmək olmaz.

2) Din, dil, irq və cinsiyyət ayrı-seçkiliyinə YOX.
Hər kəs bərabərdir, nifrət və diskriminasiya yolverilməzdir.

3) Spam və flood etmə.
Ardıcıl, mənasız mesajlar yazmaq və ya kanalları lazımsız şəkildə qarışdırmaq qadağandır.

4) Reklam qadağandır.
İcazəsiz server, sayt, kanal və ya məhsul reklamı etmək olmaz.

5) Səsli kanallarda səliqəli ol.
Mikrofon səsin təmiz olsun, başqalarını narahat edən səslərdən çəkin.

6) Yetkinlik yaşına uyğun davran.
Sunucu hər yaş üçün açıqdır, bu səbəbdən uyğun olmayan mövzulara yol verilmir.

7) Moderatorların sözünə qulaq as.
Qaydaları pozsan, xəbərdarlıq və ya cəza ala bilərsən. İdarə heyəti qaydaların tətbiqində sərbəstdir.

8) Botlara qarşı sui-istifadə etmə.
Botlar düzgün istifadə üçün var, təhqir və ya pozucu şəkildə istifadə edilməməlidir.

9) Şəxsi məlumat paylaşma.
Öz və ya başqasının şəxsiyyətini, ünvanını və ya digər şəxsi məlumatları paylaşmaq təhlükəlidir və qadağandır.

10) Şikayətlərin varsa, rəhbərliklə paylaş.
Əgər kimsə səni narahat edirsə, özün yazışmaq yerinə, admin və ya moderatorla əlaqə saxla.

----------------------------------------------------

Səmimi, təhlükəsiz və əyləncəli bir mühit üçün hər kəs bu qaydalara əməl etməlidir. Biz birlikdə KING HAVEN-i gözəl bir yerə çevirə bilərik! 💬👑

G O R A #AileTadında
GÜNÜN SUNUCUSU